757
Cəmiyyət 9 oktyabr — 19:31

Gürcüstanda sabiq azərbaycanlı merin məhkəməsində qalmaqal...

Gürcüstanın Rustavi şəhər Məhkəməsində Marneuli rayonunun keçmiş icra başçısı Temur Abazovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

İki şahid dindirilib.

T.Abazovun vəkili Qagi Mosiaşvili deyib ki, müdafiə etdiyi şəxsin günahı sübuta yetirilməyib: “İttihamları fiziki olaraq sübut etmək mümkün deyil. Şahidlərin ifadələri Temur Abazovla əlaqəli deyil”.

Prokuror Levan Lazariaşvili isə müdafiə tərəfinin fikirlərini qəbul etməyərək, T.Abazovun və iş üzrə adı keçən üç nəfərin günahını sübuta yetirən telefon danışıqları, yazışmalar və digər sübutların olduğunu bildirib.

Məhkəmə iclası səs-küy və mübahisə fonunda davam etdirilib.

Hakimin qərarı ilə iş üzrə növbəti məhkəmə iclası oktyabrın 18-nə təyin olunub.

Qeyd edək ki, T.Abazov bu il iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb.("Report")

Xəbərlər