655
Cəmiyyət 14 sentyabr — 14:30

Prokuror iş adamına cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan iş adamı Elçin Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək Elçin Babayevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. Vəkil müdafiə etdiyi şəxsə qarşı şikayət olmadığını məhkəmənin diqqətinə çatdırıb. Belə ki, E.Babayevdən şikayətçi olan "Yeni Yasamal" MTK şikayətini geri götürüb, şirkətə dəymiş zərər ödənilib və tərəflər arasında barışıq əldə edilib.

Vəkil müvəkkilinə şərti cəza təyin edilməsini məhkəmədən xahiş edib. Prosesdə həmçinin məlum olub ki, şəkər xəstəliyindən əziyyət çəkən E.Babayevin sağ ayağı amputasiya olunub.

Qeyd edək ki, Elçin Babayev “Ulduz-S” MMC-nin rəhbəri olub. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Virtualaz.org

Xəbərlər