1037
Cəmiyyət 10 avqust — 14:13

Makron ukraynalı rejissora görə Putinə zəng edəcək

Rusiya prezidenti Vladimir Putin bu gün, avqustun 10-da Fransa prezidenti Emmanuel Makronla telefonla danışacaq.

Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: “Bu günə bir neçə beynəlxalq telefon danışığı olanlaşdırılıb. Bəri başdan Yelisey sarayının yaydığı məlumatı təsdiqləyərək bildirirəm ki, bəli, Makronla danışıq olacaq”.

Daha öncə məlumat yayılmışdı ki, Makron Putinlə Rusiyada həbsdə olan ukraynalı rejissor Oleq Sentsovla bağlı vəziyyəti müzakirə etmək niyyətindədir.

Virtualaz.org Rusiya mənbələrinə istinadən bildirir ki, Sentsov Krımda terror aktları törətməyə cəhddə ittiham edilib və 20 il müddətinə həbs olunub.

Xəbərlər