1049
Cəmiyyət 10 avqust — 10:13

11 il əvvəl Rusiyaya getmiş Bakı sakini axtarışa verildi

Bakıda 2007-ci ildə itkin düşən şəxs axtarışa verilib. Bu barədə Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nəsimi rayonu, Vidadi küçəsi, döngə 5, mənzil 2 ünvanında yaşayan Qarayev Nadir Əhəd oğlu avqustun 8-də Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə ərizə ilə müraciət edərək qardaşı oğlu, 1964-cü il təvəllüdlü Qarayev Əhəd Adil oğlunun 2007-ci ilin yanvar ayında yaşamaq üçün Rusiyaya getdiyini və geri qayıtmayaraq itkin düşdüyünü bildirib.

Faktla bağlı Nəsimi RPİ-nin 22-ci polis bölməsində araşdırma aparılır. (Trend)

Xəbərlər