829
Cəmiyyət 9 avqust — 15:18

Yerevanın keçmiş merinin fondunda 4 milyonluq mənimsəmə faktı aşkarlandı

Ermənistan Maliyyə Nazirliyinin “Yerevan” Fondunda apardığı yoxlama nəticəsində 1,8 milyard dram (3 milyon 750 min dollara yaxın) vəsaitin mənimsənilməsi faktı aşkarlanıb.

“Sputnik” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin iki maddəsi ilə (vəzifə səlahiyyətlərindən sui-istifadə, xidməti səlahiyyətlərdən dələduzluq etmək üçün yararlanmaq) cinayət işi başlanılıb.

Qeyd edək ki, “Yerevan” Fondu 2007-ci ildə təsis edilib. Fondun Himayədarlar Şurasının sədri aprel hadisələrindən sonra istefaya göndərilən Yerevanın keçmiş meri Taron Markaryan olub. Şuraya merin müavinləri, müşavirləri, merliya adminstrasiyasının katibi, idarə rəisləri, Ağsaqqalr Şurasının üzvləri daxildir.

Xəbərlər