710
Cəmiyyət 12 iyul — 15:07

DÇ-2018: Orduda xidmətdən yayınan erməni fan-zonada oyun izlədiyi vaxt yaxalanıb

Xorvatiya və İngiltərə yığmaları arasındakı futbol üzrə dünya çempionatının yarımfinal oyununu fan-zonada izlədikləri vaxt beynəlxalq axtarışda olan iki şəxs yaxalanıb.

"Report"un məlumatına görə, onları ictimai yerdə 25 min azarkeş arasından polislər aşkarlayıblar. Tutulanlardan biri orduda xidmətdən yayınan erməni Rafik Asatryan olub. Onun Ermənistan, yoxsa Rusiya ordusunda xidmətdən boyun qaçırdığı bilinmir.

Digər şəxs isə polisə hücuma görə azadlıqdan bir il məhrum olunduğu halda cəzadan yayınan Andrey Zqardanov olub. Onları sifəti tanıyan sistemə malik videokameralar vasitəsilə tapıblar.

Qeyd edək ki, dünya çempionatı başlayandan indiyədək "Kontingent-2018" əməliyyatı çərçivəsində Rusiyanın 11 şəhərində 300 cinayətkar saxlanılıb. Onların arasında narkotik maddə alverçiləri, fırıldaqçılar, oğrular və aliment ödəməyənlər də var.

Xəbərlər