515
Cəmiyyət 12 iyul — 13:15

İrandan Azərbaycana psixotrop maddənin keçirilməsinin qarşısı alındı

Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen aparatı ilə yoxlanılarkən monitorda şübhəli cizgilər görünüb.

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, bu səbəbdən həmin yükə təkrar baxış keçirilib. Nəticədə, vətəndaşa məxsus yuyucu toz qutusunda ümumi sayı 170 ədəd paketdə olmaqla, xalis çəkisi 183,652 qram təşkil edən metamfetamin və 1 ədəd kolba aşkar olunub.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər