872
Cəmiyyət 12 iyul — 11:25

“FETÖ”çü ittihamı ilə həbs olunan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbs edilən, Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olmaqda ittiham olunan İsa Özdəmirin öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, nazirliyin təqdimatı təmin edilməyib və ekstradisiyadan imtina edilib. İ.Özdəmir məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, İsa Özmedir 1993-cü ildən Azərbaycanda yaşayıb. Türkiyə onu FETÖ üzvü olmaqda ittiham edərək barəsində axtarış elan edib. O, Bakıda saxlanılıb. Türkiyə tərəfi onun ölkəsinə təhvil verilməsini tələb edib.

Virtualaz.org

Xəbərlər