687
Cəmiyyət 11 iyul — 17:18

“Dəli Kür” kafesində qan tökənlərə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümə cəhddə ittiham olunan Cəbrayıl rayon sakini, 24 yaşlı Həsən Ağayev və Ağdaş rayon sakini, 23 yaşlı Elvin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə görə, Həsən Ağayev 9 il, Elvin Əliyev isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxslərin ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi 126.2.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 28-də gecə saatlarında Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən “Dəli Kür” kafesində baş verib. Kafedə rəqs üstündə yaranmış münaqişə qanla sonuclanıb. Belə ki, Fatma Abdullayevanın rəqs etməsinə irad bildirməsi Tofiq Mehtiyevin bıçaqlanmasına səbəb olub. Yaralı xəstəxanaya çatdırıldığından, onun həyatını xilas etmək mümkün olub.

Törətdikləri cinayət əməlinə görə, H.Ağayev və E.Əliyevə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1 (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlı) maddələri ilə ittiham irəli sürülüb. Barələrində Nəsimi Rayon Məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Virtualaz.org

Xəbərlər