560
Cəmiyyət 14 iyun — 22:41

Marneulinin azərbaycanlı icra başçısı həbs olundu

Gürcüstanın Marneuli rayonunun icra başçısı Temur Abazov həbs olunub.

APA-nın məlumatına görə, bu barədə Rustavi məhkəməsi qərar qəbul edib.

T. Abazovun vəkili onun 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılmasını tələb etsə də, hakim vəsatəti təmin etməyib.

İş üzrə ilkin məhkəmə dinləməsi avqustun 6-na təyin olunub.

Xəbərlər