748
Cəmiyyət 14 iyun — 15:07

Türkiyədə daha bir azərbaycanlı qadının faciəli sonu

Türkiyənin İğdır vilayətində 35 yaşlı Taner Parlar qeyri-rəsmi nikahda yaşadığı azərbaycanlı Heyran Hüseynovanı güllələyib. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə vilayətin Qaraqoyunlu qəsəbəsində, Şıracı kəndində bu gecə baş verib. Hadisəni törədən şəxs həyat yoldaşını öldürdükdən sonra özü də intihar edib.

Kənddə təsərrüfatla məşğul olan Taner Parlar ilə 2 uşağının anası olan Heyran Hüseynova arasında səbəbi məlum olmayan mübahisə yaşandığı bildirilir. Mübahisənin böyüdüyünü görən ər uşaqlarının yatdığı vaxt tapançasını götürərək həyat yoldaşını başından güllələyib. Hadisədən dərhal sonra kənd muxtarı işləyən böyük qardaşı Şahin Parara zəng edərək qətl törətdiyini bildirib. Elə qardaşı ilə danışdığı müddətdə özünü də ürəyindən vurub. Silah səsini eşidərkən qardaşını çağıran, lakin cavab ala bilməyən Ş.Parar onun evinə gəlib və iki meyitilə qarşılaşıb.

Qonşuların bildirdiyinə görə, hər iki şəxs bir-biri ilə çox yaxşı yola gediblər və hər hansı maddi sıxıntıları da olmayıb.

Virtualaz.org

Xəbərlər