407
Cəmiyyət 17 may — 16:28

Azərbaycanlı Ukraynada iki kisə qoz oğurladı

Ukraynada iki kisə qoz oğurlayan azərbaycanlı saxlanılıb. Virtualaz.org Ukrayna KİV-nə istinadən xəbər verir ki, bununla bağlı 50 yaşlı Çerkassk sakini Odessa polis şöbəsinə müraciət edib.

Onun sözlərinə görə yunan qozu ilə dolu iki kisə ona məxsus avtomobildən oğurlanıb.

Polis faktla bağlı araşdırma aparıb və məlum olub ki, oğurluğu edən şəxs əvvəllər də eyni cinayətə görə məhkum olunmuş Azərbaycan vətəndaşıdır. O, oğurluq etdiyini boynuna alıb və oğurladığı məhsulu sahibinə geri qaytarıb.

Virtualaz.org

Xəbərlər