661
Cəmiyyət 17 aprel — 11:24

Bakıda həkim əməliyyatdan sonra komaya düşərək vəfat edib

Bakıda həkim əməliyyatdan sonra vəfat edib.

Bakı şəhərində yerləşən 25 saylı şəhər poliklinikasının həkim-otorinolarinqoloqu Əziz Bayramlı aprel ayının 14-də dünyasını dəyişib.

Belə ki, 63 yaşlı Ə.Bayramlı ötən həftə Bakıda yerləşən "MediStyle Hospital"da bud-çanaq oynağının endoprotezləşmə əməliyyatı keçirib. O, cərrahi əməliyyatdan sonra ayılıb, hətta ayağa da qalxıb. Lakin əməliyyatdan 3 gün sonra komaya düşüb. Yaxınları koma vəziyyətində olan xəstəni "MediStyle Hospital"da saxlamağa maddi gücü çatmadığı üçün onu Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirib. Ə.Bayramlı həmin xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ə.Bayramlı 1954-cü ildə dünyaya gəlib. O, uzun illər hərbi həkim olub. Ə.Bayramlı pasientləri və həmkarları arasında savadlı həkim kimi tanınıb. (Report)

Xəbərlər