502
Cəmiyyət 16 aprel — 17:37

Polis Yerevanda etirazçıların deputat liderini döyüb xəstəxanalıq etdi

Ermənistanın paytaxtı Yerevanda Serj Sarkisyana qarşı keçirilən etiraz aksiyalarında çoxlu sayda nümayişçi yaralanıb.

Belə ki, aksiyanı dağıtmaq istəyən polislə etirazçılar arasında qarşıdurma baş verib. Polis gözyaşardıcı qazdan istifadə edib.

Erməni KİV-ləri yaralanan gənclərdən birinin görüntülərini yayıb. Jurnalistlərin bildirdiyinə görə, həmin şəxs eşitmə qabiliyyətini və huşunu itirib. Bundan əlavə gözyaşardıcı qaz bir çox sakinin səhhətinin pisləşməsinə səbəb olub.

*   *   *16:50

Yerevanda keçirilən etiraz aksiyalarının təşkilatçı, müxalif deputat Nikol Paşinyan yaralanıb, onu “Nairi" tibb mərkəzinə aparıblar.

Virtualaz.org yerli KİV-ə istinadən xatırladır ki, bu gün keçirilən aksiyada etirazçılarla polis əməkdaşları arasında qarşıdurma olub.

Paşinyan toqquşmalar zamanı ağır xəsarət alıb. Jurnalistlər onun qulaq nahiyyəsindən qan axdığını görüblər. Paşinyanı müşayiət edən şəxslərdən biri də polis tərəfindən döyülüb.

Xəbərlər