423
Cəmiyyət 16 aprel — 13:19

İrandan Rusiyaya kələm aparan TIR Salyanda aşdı

Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən 32-ci km-də gül kələmi yüklənmiş TIR aşıb.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Rusiya vətəndaşı Ruslan Axaboviç Mamayevin idarə etdiyi, Rusiyaya məxsus “Volvo” markalı, P 787 PK dövlət nömrə nişanlı yük maşını köhnə yoldan təzə yola keçərkən sürət həddini nizamlamadığı üçün idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.

Emil Məmmədov

Virtualaz.org

Xəbərlər