615
Cəmiyyət 13 mart — 16:07

Saxta "FTX polkovniki" 300 min rublu ələ keçirib Azərbaycana qaçmaq istədi

Dağıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları özünü “FTX polkovniki” kimi təqdim edən və hərbi xidmətə düşməkdə köməklik göstərəcəyini təklif edən dələduzu yaxalayıblar. Saxta polkovnik dağıstanlıların 300 min rubl pulunu ələ keçirə bilib.

Virtualaz.org saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, fırıldaqçını 2017-ci ilin sonunda sərhədçilər saxlayıblar. Onun şəxsiyyətini müəyyən edərkən məlum olub ki, bu, Kaspiysk şəhər sakini 37 yaşlı Taymasovdur. Taymasov dağıstanlılara hərbi xidmətə münasib yerə düşməyə kömək etməyi təklif edib.

Bir il ərzində fırıldaqçıya onlarla insan müraciət edib. Saxta polkovnik onlardan təxminən 300 min rubl qoparıb. Bundan sonra Azərbaycan sərhəddini keçib, gizlənməyə çalışsa da, həbs olunub.

Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 159 –cu (Dələduzluq) maddəsi iləittiham irəli sürülüb. Məhkəmənin hökmü ilə Taymasov 2,5 il həbs cəzası alıb. Zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilib.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər