399
Cəmiyyət 14 fevral — 13:39

76 yaşlı qadın 106 yaşlı anasından polisə şikayət edib: “Pullarımı oğurlayıb”

Moskvada 106 yaşlı qadından polisə şikayət edilib. Şikayətçi isə həmin qadının 76 yaşlı qızıdır.

Virtualaz.org “Mash” teleqram-kanalına istinadən xəbər verir ki, şikayətə əsasən, yaşı yüzü keçmiş qadın qızının pullarını və sənədlərini oğurlayıb.

Polisdən bildirilib ki, şikayətçi qadın hansı məbləğdə pulunun oğurlanmasını xatırlaya bilməyib. Hüquq-mühafizə orqanı şikayəti araşdırır.

Xəbərlər