286
Cəmiyyət 14 yanvar — 12:59

Bir kafedə eyni gündə 150 müştəri zəhərləndi

Rusiyada Buryatiya Respublikasının Ulan-Ude şəhərində kütləvi zəhərlənmə olub.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, yerli “Şulon do” kafesində eyni gündə ayrı-ayrı vaxtlarda nahar edən 100-dən çox adamın halı pisləşib.

Onlar xəstəxanada müayinə edildikdən sonra məlum olub ki, kütləvi zəhərlənməyə səbəb salmonellez infeksiyası olub.

Son məlumata görə, zəhərlənənlərin sayı 150 nəfərə çatıb. Onlardan 64-ünün vəziyyəti ağırdır. Hazırda kafe bağlanıb.

İlkin məlumata görə, kafedə zəhərlənənlərin hamısı orada sezar salatı yeyib. Faktla bağlı cinayət işi qaldırılıb.

Xəbərlər