484
Cəmiyyət 14 yanvar — 10:33

Türkiyədə sərnişin təyyarəsi zolaqdan çıxdı

Türkiyənin "Pegasus Airlines" aviaşirkətinə məxsus təyyarə Trabzon aeroportuna eniş zamanı zolaqdan kənara çıxıb.

“Report” xəbər verir ki, bu barədə bazar günü yerli televiziya məlumat yayıb.

Bildirilir ki, təyyarə Ankaradan Trabzona uçub. Qəzanın səbəbləri barədə məlumat verilmir.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Təyyarənin göyərtəsində 162 sərnişin və 6 heyət üzvü olub. İnsanlar xilasedici pilləkanlar vasitəsi ilə təxliyə edilib.

Xəbərlər