383
Cəmiyyət 13 yanvar — 23:42

Samuxda 35 yaşlı kişi 49 yaşlı həyat yoldaşını döyərək xəstəxanalıq edib

Samux rayonunda ailə münaqişəsi zamanı ər arvadına xəsarət yetirib.

Rayonun İnistut qəsəbəsində yaşayan, 1969-cu il təvəllüdlü S.Əsgərova ailə münaqişəsi zamanı özündən 14 yaş kiçik əri tərəfindən düyülüb. 

Qadın üz və baş nahiyəsindən xəsarət alıb. Yaxınları S.Əsgərovanı xəstəxanaya çatdırıb.

Faktla bağlı araşdırma aparılır. (“Report”)

Xəbərlər