205
Cəmiyyət 13 yanvar — 21:43

Yevlaxda 24 yaşlı qız ağrıkəsicidən zəhərlənib

Yevlax rayonunun Aran qəsəbəsində zəhərlənmə hadisəsi baş verib.

1994-cü il təvəllüdlü qəsəbə sakini Dursun Hüseyn qızı Məmmədova dərman qəbul etdikdən sonra halı pisləşib, allergik şok keçirib və ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Xəstə tibbi yardım aldıqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib.

D.Məmmədovanın ağrıkəsici kimi istifadə olunan "Spazmalqon"dan zəhərləndiyi bildirilir.

Xəbərlər