908
Cəmiyyət 13 yanvar — 22:31

Lənkəranda döyülən qadınlardan biri dünyasını dəyişib

Lənkəranda döyülən qadınlardan biri dünyasını dəyişib.

APA-nın xəbərinə görə, anası ilə birgə döyülərək xəstəxanaya yerləşdirilən Samirə Miriyeva aldığı xəsarətlərdən xəstəxanada keçinib.

*   *   *22:31

Lənkəran rayonunda qadın və onun qızı döyülüb. Hadisə rayonun Liman şəhəri ərazisində baş verib. 

Orada yaşayan 1949-cu il təvəllüdlü Qarayeva Humay müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bir qədər sonra isə xəstəxanaya bədənində müxtəlif xəsarətlər olan 1972-ci il təvəllüdlü Miriyeva Samirə adlı qadın da gətirilib. S.Miriyevanın Humay Qarayevanın qızı olduğu bildirilib.

İlkin məlumata görə, onları naməlum şəxs döyüb. Ana və qızına qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.  

Faktla bağlı araşdırma aparılır. (“Report”)

Xəbərlər