346
Cəmiyyət 7 dekabr — 13:18

62 yaşlı qadın “əməkdar müəllim” Bakıda məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 62 yaşlı Nuriyyə Ağayevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Faiq Qəniyev sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı dekabrın 14-ə təyin olunub.

İttihama görə, N.Ağayeva 5 nəfərə qarşı dələduzluq edib. O, vətəndaşları övladlarını ali məktəblərə qəbul etdirəcəyini vəd edərək pullarını ələ keçirib.

N.Ağayevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, N.Ağayeva filologiya elmləri namizədi, "əməkdar müəllim"dir. Həbs olunmamışdan bir müddət öncə işlədiyi təhsil müəssisəsindən ayrılıb.

Virtualaz.org

Xəbərlər