256
Cəmiyyət 6 dekabr — 20:58

Sabirabadda toyda kütləvi dava olub, xəsarət alanlar var

Sabirabadda keçirilən toy şənliyində kütləvi dava olub. APA-nın məlumatına görə, hadisə rayonun Qaragüney kəndində baş verib.

Toyda Sabirabad sakini Əsədov Sərxan Tahir oğlu bir neçə şəxsə bıçaqla xəsarət yetirib. Xəsarət alanlardan iki nəfər - Sabirabad sakini, 1982-ci il təvəllüdlü Xudiyev Orxan Adıgözəl oğlu və Bakı sakini, 1988-ci il təvəllüdlü Əhmədov Emil Məhəmməd oğlu Şirvan Şəhər Xəstəxanasında əməliyyata götürülüb.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Xəbərlər