121
Cəmiyyət 6 dekabr — 15:24

Tovuzda ana və oğul pomidor turşusundan zəhərlənib

Tovuzda iki nəfər evdə zəhərlənib. “Trend”in məlumatına görə, hadisə rayonun Vahidli kəndində baş verib.

Kənd sakini, 1948-ci il təvəllüdlü Əsədova Gülarə Qafar qızı və oğlu, 1976-cı il təvəllüdlü Əsədov Eldəniz Əsəd oğlu evlərində konservləşdirilmiş pomidor turşusundan zəhərləniblər.

Hər iki şəxs zəhərlənmə diaqnozu ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər iki xəstənin vəziyyəti orta ağır qiymətləndirilir.

Xəbərlər