222
Cəmiyyət 15 noyabr — 10:30

Rusiyada sərnişin təyyarəsi qəzaya uğradı: 8 ölü

Noyabrın 15-də səhər saatlarında Rusiyanın Xabarovsk vilayətində “L-410” təyyarəsinin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.

TASS xəbər verir ki, qəza zamanı təyyarənin göyərtəsində iki pilot və 7 sərnişin olub. Sağ qalan yeganə sərnişin – azyaşlı dərhal xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, “Xabarovsk hava yolları” şirkətinə məxsus təyyarə Xabarovskdan Nelkan qəsəbəsi istiqamətində hərəkət etmək üçün havaya qalxıb.

Xəbərlər