183
Cəmiyyət 13 oktyabr — 11:49

Azərbaycanda 8 min uşaq gözdən əlildir

Hazırda Azərbaycanda 40 minə yaxın gözdən əlil var.

Virtualaz.org saytı xəbər verir ki, bunu Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayev Dünya Görmə Günü ilə bağlı keçirilən tədbirdə söyləyib.

S.Abdullayev bildirib ki, əlillərdən 8 minə yaxını uşaqdır. “Qohum evlilikləri görmə probleminin yaranma səbəblərindən biridir. Bütün dünyada, o cümlədən Azərbaycanda gözdən əlillik ildən-ilə artır. Buna ekoloji tarazlığın pozulması, ətraf mühütin çirklənməsi, sinir sistemi xəstəlikləri də təsir edir”, - birlik sədri əlavə edib.

Hazırda dünyada 500 milyondan çox insan görmə xəstəliklərdən əziyyət çəkir. Oktyabrın 13-dən “Görmə həftəsi”nə start verilib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar briqadası birlik binası qarşısında görmə problem olanların müayinəsinə başlayıb. Bu gün 150 nəfərin gözləri müayinə olunacaq. Müayinənin nəticəsindən asılı olaraq müalicələr təyin ediləcək, eynəklər veriləcək. Səyyar briqada indiyədək 122 dəfə müayinə təşkil edib.

Ülviyyə Xudiyeva

Foto Samirə Həsənovanındır

Virtualaz.org

Xəbərlər