481
Cəmiyyət 12 oktyabr — 21:47

Türkiyə öz limanlarını Krımdan olan gəmilər üçün bağladı

Krımdan olan gəmilərin Türkiyə limanlarına girişi qadağan edilib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu haqda Facebook-da Limanlar Baş İdarəsinin mətbuat katibi Larisa Sarqan xəbər paylaşıb.

Onun yazdığına görə, 6 oktyabrda Türkiyə Gəmiçilik Palatasının rəhbərliyi öz dəniz daşıyıcılarına və limanların rəislərinə məktub göndərərək ölkənin xarici siyasətini nəzərə almaqla müvafiq tədbirlər görmələrini tələb edib.

"Türk limanlarına, dəniz agentlərinə, operatorlara və gəmi sahiblərinə rəsmən bildirilib ki, Krımdan və onun limanlarından gələn gəmilər Türkiyəyə buraxılmır, həmçinin onların bu regionun limanlarından yola düşmələrinə icazə verilmir", - Sarqan bildirib.

Bu qaydalar istisnasız olraq bütün gəmilərə- onların sahiblərinə, ölkələrin bayraqlarına və yüklərinə baxmayaraq hamıya şamil edilir.

Xatırladaq ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Pyotr Poroşenko ilə Kiyevdə birgə keçirdiyi brifinqdə ölkəsinin Krımın ilhaq ediılməsini tanımadığını bildirib: “Türkiyə əvvəlkitək Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və Krımın Rusiya tərəfindən ilhaq edilməsini tanımır”.

Ərdoğan onu da vurğulayıb ki, “Türkiyə Krım əhalisinin hüquqlarının qprunması üzrə addımlarını koordinasiya etməkdə davam edir”.

Virtualaz.org

Xəbərlər