204
Cəmiyyət 6 oktyabr — 13:09

Azərbaycanda ilk hərbi-vətənpərvərlik portalı – armiya.az

Azərbaycanda hərbi-geosiyasi təmayüllü, armiya.az adlı yeni sayt açılıb.

Saytı yaratmaqda məqsəd ölkədə hərbi-geosiyasi mövzular sferasında olan xəbər və təhlil boşluğunu doldurmaqdır. Sayt Azərbaycan ordusu, ökənin hərbi sənayesi, eyni zamanda Ermənistanla bağlı real vəziyyəti çatdıracaq. Cəbhə xəttində baş verən hadisələr haqqında operativ və dəqiq məlumatlar yayacaq. Azərbaycanın hərbi sənaye kompleksinin nailiyyətlərinə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət ayrılacaq.

Saytın əsas istiqamətlərindən biri də düşmənin ölkəmizə qarşı apardığı informasiya müharibəsinə cavab vermək və bu məsələdə onu qabaqlamaq olacaq.

Hələlik rus dilində fəaliyyət göstərən armiya.az-ın tezliklə Azərbaycan və ingilis versiyalarının da yaradılacağı gözlənilir.

Xəbərlər