950
Cəmiyyət 5 oktyabr — 21:20

Müəllimlər günündə ucuz hədiyyə almış müəllim ağladı

Rusiyanın Krasnodar diyarındakı məktəblərdən birində 1-ci sinif müəllimi ilə valideyn komitəsi arasında münaqişə baş verib. Münaqişəyə səbəb müəllimənin bayram münasibətilə ona təqdim olunmuş gül dəstəsini və zərfə qoyulmuş pulu geri qaytarması olub.

Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, zərfdəki pulun az olması müəllimənin xoşuna gəlməyib və o ağlamağa başlayıb.

Valideyn komitəsinin rəhbərinin sözlərinə görə, müəllimə ağlayaraq bildirib ki. o, bu qədər uşağın yeganə müəllimidir və zərfə qoyulmuş məbləği ancaq bir ailə təqdim etsəydi, daha məqsədəuyğun olardı.

Qeyd edək ki, Rusiyada orta məktəb müəllimlərinin orta aylıq maaşı 33200 rubldur (təxminən 1000 manat).

Xəbərlər