463
Cəmiyyət 12 sentyabr — 14:33

Tbilisinin mərkəzində azərbaycanlı güllələndi

Gürcüstanın Daxili İşlər Nazirliyi paytaxt Tbilisinin mərkəzi rayonu Ortaçalada Azərbaycandan olan şəxsin qətli ilə əlaqədar cinayət işi qaldırıb.

Virtualaz.org bildirir ki, bu barədə nazirliyə istinadən “Novosti Qruziya” məlumat yayıb.

Yerli KİV-in yazdığına görə, ötən gecə Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi rayonunda azərbaycanlı odlu silahla qətlə yetirilib.

Onun meyiti avtomobildə aşkar olunub. Həmin şəxsin Rusiyada cinayət əməllərinə görə axtarışda olduğu bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, atəş səslərindən öncə qətlə yetirilmiş şəxs başqa şəxslə restoranda olub və onlar mübahisə ediblər. Sonra 8 güllə səsi eşidilib.

Cinayət işi iki maddə üzrə qaldırılıb: "qəsdən adam öldürmə" və " odlu silahın qeyri-qanuni əldə edilməsi, saxlanması, daşınması".

Xəbərlər