103
Cəmiyyət 12 sentyabr — 10:23

Türkiyədə 152 nəfər kimyəvi maddədən zəhərləndi

Türkiyənin Siirt vilayətinin Akbaş kəndində kimyəvi maddədən kütləvi zəhərlənmə baş verib.

 “Anadolu” agentliyinin Səhiyyə Nazirliyinə istinadən məlumatına görə, kənd sakinlərində kütləvi ürək bulanması və qusma halları qeydə alınıb, müvafiq xidmətlərin əməkdaşları hadisə yerinə cəlb olunub. 92 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib, 60 sakin kənd yaxınlığında qurulan çadırlara köçürülüb.

Onların, tərkibində kimyəvi maddə olduğu bildirilən qazın sızması nəticəsində zəhərləndikləri bildirilir.  

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Xəbərlər