283
Cəmiyyət 12 avqust — 23:26

Neftçalada 1 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb

Neftçala rayonunun Qədimkənd kəndində yaşı 1 il 1 ay olan körpə uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Kürdəmir rayonundan anası ilə birgə Qədimkənddə yaşayan nənəsigilə qonaq gəlmiş Damla Roman qızı Qurbanlı anasının qucağında olarkən əlini üstü açıq olan elektrik məftilinə atarkən elektrik cərəyanı onu vuraraq öldürüb.

Hazırda faktla bağlı hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar.

Emil Məmmədov

Virtualaz.org

Xəbərlər