218
Bu gün 17 iyul — 23:59

Bakıda dənizdə batan şəxs xilas edilib

Bakıda dənizdə batan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:36-da başa çatıb.

Xəbərlər