225
Bu gün 17 iyul — 21:22

Şabran rayonunda 15 hektar sahədə ağaclar yanıb

Şabran rayonunda güclü yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Taxtalar kəndində vətəndaşa məxsus ümumi sahəsi 450 m2 olan sexin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə, ümumi sahəsi 3 kv.m olan köməkçi tikili, yaxınlıqda yığılmış 8 ton bağlaması, 485 ha biçilmiş əkin sahəsi və meşə zolağında 15 ha ərazidə ağaclar yanıb.

Meşə zolağının qalan hissəsi və əkin sahələri yanğından mühafizə olunub. Yanğın saat 18:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbərlər