219
Bu gün 17 iyul — 20:05

Yevlax sakini Mingəçevir su anbarında batmaq təhlükəsi ilə üzləşib

Yevlax sakini çimərkən boğulma təhlükəsi yaşayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, onun köməyinə nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri yetişib.

Nəticədə, 1999-cu il təvəllüdlü Yevlax rayon Nemətabad kənd sakini Məmmədov Elmin İlham oğlu xilas edilərək sahilə çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Xilasetmə əməliyyatı bu gün saat saat 17:50-də başa çatıb.

Xəbərlər