327
Bu gün 17 iyul — 18:35

Daşkəsəndə 19 yaşlı oğlan bacısını bıçaqladı

Daşkəsən rayonunda qardaş bacısını bıçaqlayıb.

“Report” xəbər verir ki, Vüsal adlı 19 yaşlı şəxs hələlik bilinməyən səbəbdən öz bacısını bıçaqlayaraq ona xəsarət yetirib. Yaralı qohumları tərəfindən xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, yaşadıqları yataqxanada bacısını bıçaqlayan şəxs ruhi xəstədir.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Xəbərlər