945
Bu gün 17 iyul — 17:58

Ermənistan rus dilini rəsmi dil kimi tanımaqdan imtina etdi

Ermənistanda respublika qanunvericiliyində rus dilinə rəsmi status verməyə və sürücülük vəsiqələri ilə bağlı problemi bu yolla həll etməyə hazırlaşmırlar.

Virtualaz.org-un məlumatına görə, erməni parlamentinin vitse-spikeri Eduard Şarmazanov EADaily-ə açıqlamasında bildirib ki, Ermənistanda yeganə rəsmi dil erməni dilidir.

"Bizim ölkəmizdə tək rəsmi dil erməni dilidir. Və bu, konstitusiya normasıdır", — deyə o, Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin bəyanatını şərh edərkən vurğulayıb.

Virtualaz.org

*   *   *16:08

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistan hakimiyyətinə respublika qanunvericiliyində rus dili üçün rəsmi statusun təsbit olunmasını təklif edib.

"Report" xəbər verir ki, onun sözlərinə görə, bu, milli sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınmasına yardım edəcək.

2017-ci il iyunun 1-dən Rusiyada xarici sürücülük vəsiqələri ilə sürücülərə ölkə ərazisində fəaliyyət göstərməyi qadağan edən qanun qüvvəyə minib.

"Yalnız onu deyə bilərəm ki, rus dilini rəsmi dil olaraq qanunvericilikdə təsbit edin, ancaq o zaman qanun norması Ermənistan Respublikasını da əhatə edəcək", - V.Volodin Ermənistan Milli Məclisinin sədri Ara Babloyan ilə görüşdə bildirib.

Xəbərlər