383
Bu gün 17 iyul — 13:48

Hava limanı yolunda baş vermiş qəzada iki nəfər ölüb

Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanı şosesində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən “Trend”ə verilən məlumata görə, hadisə ilə əlaqədar təcili tibbi yardım stansiyasına 08:20-də çağırış olub.

Hadisə nəticəsində 2 nəfər ölüb.

Qəza səbəbindən yolda tıxac yaranıb.

Xəbərlər