236
Bu gün 17 iyul — 11:18

Dövlət Neft Fondunun aktivləri 5% artıb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2017-ci ilin yanvar-iyun ayları ərzində 4,96% artıb.

Fonddan verilən məlumata görə, nəticədə, Fondun aktivlərinin həcmi iyulun 1-nə 34 790,9 mln. ABŞ dolları təşkil edib.

Bildirilib ki, aktivlərin artımı ARDNF-in büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi hesabına baş verib.

Xəbərlər