230
Bu gün 17 iyul — 13:36

Azərbaycanda 18 yaşınadək ana olanların əksəriyyəti kəndlərdə yaşayır

Azərbaycanda yaşı 18-dək olan analar tərəfindən doğulan uşaqların sayına görə kənd yerləri şəhər yerlərini üstələyir.

“Trend”in məlumatına görə, 2016-cı ildə 18 yaşadək analar tərəfindən 2809 uşaq doğulub. Onun 934-ü şəhər, 1875-i kənd yelərində doğulub.

2015-ci ildə yaşı 18-dək olan analar tərəfindən doğulan 2895 uşağın 1003-ü şəhər, 1892-si kənd, 2014-cü ildə - 3296 uşağın 1054-ü şəhər, 2242-si kənd yerlərində, 2013-cü ildə - 2855 uşağın 889-u şəhər, 1966-sı kənd yerlərində, 2012-ci ildə isə 3236 uşağın 1067-si şəhər, 2169-u kənd yerlərində dünyaya gəlib.

Xəbərlər