3069
Bu gün 16 iyul — 18:35

Naxçıvanın daxili işlər naziri ev dustaqlığına götürüldü

Naxçıvan Muxtar Respublikasında daxili işlər naziri general-leytenant Əhməd Əhmədov vəzifədən çıxarılıb və ev dustaqlığına götürülüb.

Bu barədə virtualaz.org-a məlumatlı mənbələrdən bildirilib.

Naxçıvanın Daxili İşlər Nazirliyi başçısının vəzifələrini hazırda Əhməd Əhmədovun müavini icra edir.

Məlumatda o da bildirilir ki, muxtar respublikanın polisində yoxlamalar aparılır.

Qeyd edək ki, Əhməd Əhmədov Naxçıvanın Daxili İşlər Nazirliyinə 2000-ci ildən başçılıq edirdi.

Virtualaz.org

Xəbərlər