651
Bu gün 19 iyun — 18:23

Qarabağda yaralanan daha bir erməni əsgəri Yerevana aparıldı

İyunun 17-də Qarabağda başından güllə yarası almış 1997-ci il təvəllüdlü erməni əsgəri Yuri Zakaryan bu gün Xankəndindən Yerevanın Mərkəzi Kliniki hərbi hospitalına köçürülüb.

Virtualaz.org Novosti Armeniya-ya istinadən bildirir ki, bu barədə jurnalistlərlə görüşü zamanı hospitalın reanimasiya şöbəsinin rəhbəri Qayane Hovannisyan deyib.

O, erməni əsgərin vəziyyətinin son dərəcə ciddi olduğunu, süni tənəffüs aparatına qoşulduğunu bildirib.

Xatırladaq ki, 16-17 iyunda Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Dağlıq Qarabağ ərazisindəki təmas xəttində törətdikləri təxribatların qarşısı alınarkən 6 erməni hərbi qulluqçusu öldürülmüşdü.

Virtualaz.org

Xəbərlər