737
Bu gün 19 iyun — 15:04

Azərbaycan 4 ölkə ilə birgə yeni logistika məhsulu yaradır

""Cənub-Qərb" dəhlizi layihəsi üzrə Azərbaycan, İran, Gürcüstan, Ukrayna və Polşanın birgə işinin məqsədi yeni cəlbedici logistika məhsulunun yaradılmasıdır".

Trend xəbər verir ki, bunu Bakıda beş ölkənin dəmir yolu qurumlarının rəhbərlərinin görüşündə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, bu dəhlizə Hindistan, Pakistan, Cənub-Şərqi Asiya və Fars körfəzi regionları daxil olacaq.

C.Qurbanov qeyd edib ki, bu marşrut boyunca əsas məntəqələr Hindistanda Mumbay, İranda Bəndər-Abbas, Azərbaycanda Astara, Gürcüstanda Poti və Batumi, Ukraynada Çernomorsk və İzov, Polşada Slavkov olacaq: "Dəhlizin ümumi uzunluğu 7 654 kilometrdir. Hindistandan Avropaya illik yük daşıma həcmi 72 milyon ton təşkil edir. Dəniz yolu ilə bu məsafə 40 günə bərabərdir, amma "Cənub-Qərb" dəhlizi vasitəsilə bu müddət 15 gün təşkil edəcək".

Xəbərlər