313
Bu gün 19 iyun — 11:42

Lənkəranda 80 yaşlı kişi 53 yaşlı arvadını balta ilə qətlə yetirdi

Lənkəranda qətl hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi, 13 ünvanında qeydə alınıb.

İlkin məlumata görə, 1964-cü il təvəllüdlü İsmayılova Almagül Əlixan qızı ailə münaqişəsi zəminində həyat yoldaşı - Lerik rayonu, Mastail kənd sakini, 1937-ci il təvəllüdlü Əzimov Xanoğlan Əlixan oğlu tərəfindən balta ilə qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb.

Qadının meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Xəbərlər