330
Bu gün 19 iyun — 11:02

Türkiyədə ağır qəza

Türkiyənin şimalında Çorum əyalətində sərnişin avtobusu qəzaya uğrayıb.

Trend-in məlumatına görə, əyalət polisi avtobus qəzası ilə bağlı ilkin məlumatı açqıqlayıb. İlkin məlumata görə, qəza nəticəsində 48 adam yaralanıb.

Əyalət polisinin verdiyi məlumata görə, avtobus sürücünün idarəetməni itirməsi nəticəsində uçuruma düşüb.

Polisin verdiyi məlumatda qeyd edilir ki, yaralılar müxtəlif bədən xəsarətləri ilə yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.

Xəbərlər