460
Bu gün 19 iyun — 00:40

Azərbaycan "Global Innovation Index" reytinqində 3 pillə irəlilədi

Azərbaycan dünyanın ən innovativ ölkələrinin reytinqində 3 pillə irəliləyərək 127 ölkə arasında 82-ci yerə yüksəlib.

"Report" xəbər verir ki, bu barədə "Global Innovation Index"in 2017-ci il üzrə hazırladığı hesabatında bildirilir.

MDB ölkələri arasında Rusiya 45, Ukrayna 50, Moldova 54, Ermənistan 59, Qazaxıstan 78, Belarus 88, Tacikistan 94 və Qırğızıstan 95-ci yerləri tutub.

İlk üç yerdə İsveçrə, İsveç və Hollandiya qərarlaşıb. Birləşmiş Ştatlar və Böyük Britaniya 4 və 5-ci yerlərdədir.

Özbəkistan və Türkmənistanla bağlı məlumat yoxdur.

Tərtibatçıların sözlərinə görə, reytinq altı iri elmi-tədqiqat təşkilatının araşdırmaları əsasında tərtib edilib. Tərtibat zamanı siyasi mühitin vəziyyəti, təhsil, infrastruktur, biznes mühiti və s. əks etdirən 81 göstərici nəzərə alınıb.

Xəbərlər