484
Bu gün 19 iyun — 01:02

Abşeronda "tok" 4 yaşlı uşağı vurub öldürdü

Abşeronda uşaq ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

Belə ki, 2013-cü il təvəllüdlü Həsənova Müşgünaz Pərviz qızı evdə oyun oynayarkən ehtiyatsızlıqdan əlini elektrik sayğaçının açıq naqilinə vurub. Nəticədə cərəyan onu divara çırpıb və uşaq hadisə yerində ölüb.

Fakt araşdırılır.

Xəbərlər