587
Bu gün 18 iyun — 22:26

Bəhreyn Qətər hərbçilərinə ölkəni tərk etmək əmri verdi

Bəhreyn hökuməti ABŞ-ın rəhbərliyi altında İŞİD terror qruplaşması ilə mübarizə üzrə koalisiyanın tərkibində xidmət edən Qətər hərbçilərinə 48 saat ərzində ölkəni tərk etmək əmri verib.

Bu barədə RİA Novosti-yə vəziyyətlə yaxından tanış olan mənbə məlumat verib.

Qətər hərbçilərini Bəhreynə 2014-cü ildə göndərib. Onların dəqiq sayı məlum deyil.

"Onlar hələ ki, bazadadırlar, lakin çox güman ki, yaxın iki gündə gedəcəklər", — deyə o əlavə edib.("Report")

Xəbərlər