324
Bu gün 20 may — 00:03

Gəncədə piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb

Gəncədə piyadanı avtomobil vurub. Hadisə şəhərin Nizami prospektində qeydə alınıb.

Şəhərin Şahsevənlər küçəsində yaşayan, 1993-cü il təvəllüdlü Xəlilov İlkin Elçin oğlu yolu keçərkən avtomobillə vurulub. Sürücü hadisə yerindən uzaqlaşıb. Xəsarət alan gənc Təcili Tibbi Yardım xəstəxanasına aparılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis Polis İdarəsində araşdırma aparılır. (APA) 

Xəbərlər